Rəcəp Tayyip Erdoğan - Əgər Libiya iqtidarına hücumu dayandırmasa, general Halifa Haftara dərsini verəcəyik
Rəcəp Tayyip Erdoğan - Əgər Libiya iqtidarına hücumu dayandırmasa, general Halifa Haftara dərsini verəcəyik

Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan bəyan edir ki, əgər Libyada üsyançılıq edən general Halifa Haftar iqtidara hücum etməyi kəsməsə, Türkiyə ona qarşı hərəkətə keçəcək.

Türkiyə lideri bəyan edir ki, general Haftara layiq olduğu dərsini verəcək.

“Putçist Haftar atəşkəs razılaşmasını imzalamadı. Başdan razı oldu, sonra isə, Moskvadan qaçdı. Bu günlərdə general Haftarın verdiyi qərarları diqqətlə izləyəcəyik, əgər o Libyanın legitim iqtidarına və Libya xalqına hücum etməyə davam edərsə, biz ona layiq olduğu dərsini vərəcəyik” – dedi Erdoğan.

Libyanın legitim iqtidarı və üsyançı general arasındaki atəşkəs razılaşması Moskvada imzalanmalı idi, ancaq, general Haftar imzalamaqdan imtina etdi və Moskvadan getdi. Haftar bəyan etdi ki, razılaşma Libya əsgərinin bir sıra tələblərini qane etmirdi.

2011-ci ildən, Libyanın sabiq lideri Muammər Kaddafinin qətlə yetirilməsindən sonra, Libyada hakimiyyət üçün vətəndaş müharibələri davam edir.

Ölkənin qərb hissəsini, Tripoli tərəfləri legitim iqtidar idarə edir, şərq hissəsi isə, general Halifa Haftarın əlindədir, hansı ki, Tripoliyi də almağı planlayır.