Rəcəp Tayyip Erdoğan - İstanbulda seçkilərin ləğv olunması demokratiyayı daha da gücləndirəcək
Rəcəp Tayyip Erdoğan - İstanbulda seçkilərin ləğv olunması demokratiyayı daha da gücləndirəcək

İstanbulda mer seçkilərinin nəticələrinin ləğv edilməsi demokratiyayı daha da gücləndirəcək, – bu barədə bəyanatı Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğan verdi.

Erdoğanın dediyinə görə, İstanbulda keçirilən seçkilərdə korrupsiya və digər pozuntular baş verdi.

“Məlumdur ki, müəyyən şəxslər kirli əlləri ilə seçki prosesinə qarışdı və gördüyümüz nəticə əldə edildi” – dedi Erdoğan.

Parlamentdə çıxış edərkən Erdoğan İstanbulda seçkilərin nəticələrinin ləğv olunması qərarını mənfi şəkildə dəyərləndirən iş adamlarını tənqid etdi.

“Görürəm ki, bəzi iş adamları qəribə bəyanatlar verirlər. Belə bəyanatlar anomaliyanın yaranmasına səbəb olacaq. Siz doğru hərəkət etmirsiniz, hər kəs öz yerini tanımalıdır” – dedi Erdoğan.

Xatırladaq ki, Türkiyənin Ali Məhkəməsinin qərarı ilə, İstanbul mer seçkilərinin nəticələri ləğv olundu.

Martın 31-də keçirilən seçkilərin nəticəsində müxalifət namizədi Ekrem İmamoğlu qalib gəlmişdi.

Yeni seçkilər İstanbulda iyunun 31-də keçiriləcək.