Rəcəb Tayyib Ərdoğan - Ankara Şərqi Qüdsdə səfirlik açacaq
Rəcəb Tayyib Ərdoğan - Ankara Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Vaşinqtonun öz səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək barədə qərarına cavab olaraq, Respublikanın Şərqi Qüdsdə öz səfirliyini açmaq niyyətində olduğunu bəyan edib.

O, bunu Karaman əyalətində hakim Ədalət və İnkişaf Partiyası üzvlərinin toplantısında çıxışı zamanı bildirib.

“Biz Şərqi Qüdsü artıq Fələstin Dövlətinin paytaxtı elan etmişik, lakin bizim öz səfirliyimizi açmaq fürsətimiz olmayıb, çünki Qüds hazırda işğal altındadır. İndi ölkəmiz səfirin rəhbərlik etdiyi baş konsulluq səviyyəsində təmsil olunur. Biz faktiki olaraq bu vəzifəni icra etmişik. Yaxın günlərdə isə səfirliyimizi də açacağıq”, – deyə Ərdoğan bildirdi.