Rəcəb Tayyib Ərdoğan Nikolas Maduroya dəstəyini bəyan etdi
Rəcəb Tayyib Ərdoğan Nikolas Maduroya dəstəyini bəyan etdi

Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan, müxalifət lideri Xuan Quaido özünü Venesuellanın müvəqəti prezidenti kimi bəyan etdikdən sonra, Nikolas Maduroya dəstəyini bəyan etdi.

Bu barədə “tvitter” sosial şəbəkəsində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalin yazır.

“Prezidentimiz Venesuella prezidenti, Nikolas Maduroya dəstəyini bəyan etdi və dedi: “Qardaşım, Maduro! Biz sizinləyik!”, – İbrahim Kalin yazır.

Xuan Quaidonu müvəqqəti prezident olaraq artıq ABŞ, braziliya, Argentina, Peru, Ekvador, Paraqvay, Kolumbiya, Kosta Rika, Qvatemala və Gürcüstan tanıdı.

Şərh yaz