Rəcəb Tayyib Ərdoğan - Giorgi Qaxariyanın liderliyi ilə, ölkələrimiz arasında strateji əməkdaşlıq və dost əlaqələri gələcəkdə də davam edəcək
Rəcəb Tayyib Ərdoğan - Giorgi Qaxariyanın liderliyi ilə, ölkələrimiz arasında strateji əməkdaşlıq və dost əlaqələri gələcəkdə də davam edəcək

Türkiyə Respublikasının prezidenti, Rəcəb Tayyib Ərdoğan Giorgi Qaxariyanı Gürcüstanın baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edir.

Təbrik məktubunda Rəcəb Tayyib Ərdoğan qeyd edir ki, əmindir, Giorgi Qaxariyanın liderliyi ilə, iki ölkə arasında strateji əməkdaşlıq və dost əlaqələri gələcəkdə də davam edəcək.

“Cənab baş nazir, əziz dostum, şəxsən mənim və Türkiyə hökuməti adından uğurla keçirilmiş seçkilər nəticəsində baş nazir fəaliyyətinizi davam etdirməniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, bölgədə sülhün yenidən formalaşdırlması baxımından imkanların pəncərəsinin açılması kimi dəyərləndirdiyim bu kritik dövrdə, sizin liderliyiniz ilə, ölkələrimiz arasında strateji əməkdaşlıq və dost əlaqələri bütün sahələrdə gələcəkdə də davam etdiriləcək. Fürstdən istifadə edərək sizə sağlamlıq və xoşbəxtlik, dost gürcü xalqına isə, firəvanlıq arzulamaq istəyirəm. Yeli il ölkələrimiz və bölgəmizə sülh və yaxşılıq gətirmiş olsun”, – Gürcüstan hökuməti administrasiyası tərəfindən yayılan təbrik məktubunda deyilir.

Şərh yaz