Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Donald Tramp ilə görüş planlaşdırır
Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Donald Tramp ilə görüş planlaşdırır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyinə görə, sentyabrda BMT Baş Assambleyası çərçivəsində, Suriyanın şimal-şərqində hərbi əməliyyatları məsələsinin müzakirəsi üçün Donald Tramp ilə görüş planlaşdırır.

Ankara və Vaşinqtonun razılaşmasına əsasən, hər iki ölkənin nümayəndələri Suriyanın şimal-şərqində Türkiyə sərhədində birgə hərbi patrulluğa başlayırlar.

Bununla yanaşı Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, ABŞ tərəfindən Suriyalı kürdlərin təlimi Türkiyə üçün qəbuledilməzdir. Suriyalı kürdlər Suriyada İslam Dövlətinə qarşı mübarizədə Vaşinqtonun müttəfiqləridirlər. Türkiyə isə, onları terrorçu hesab edir.

Şərh yaz