Rəcəb Tayiib Ərdoğan Fransa Parlamentinin qətnaməsini "tam fəlakət" adlandırır
Rəcəb Tayiib Ərdoğan Fransa Parlamentinin qətnaməsini "tam fəlakət" adlandırır

Türkiyə prezidenti, Rəcəb Tayiib Ərdoğan Fransa Parlamentinin qətnaməsini “tam fəlakət” adlandırdı. Bu barədə məlumatı türk mediası yayır.

“ATƏT-Minsk qrupunu həmsədri ölkəsi, Fransa Parlamentinin qəbul etdiyi qətnamə, qalmaqal çərçivəsindən kənarda tam fəlakətdir”, – Ərdoğan bəyan etdi.

Ərdoğan sənədi Azərbaycan ərazi suverenliyinə hücum kimi dəyərləndirdi və qəbulolunmaz adlandırdı.

Türkiyə prezidenti qeyd etdi ki, Azərbaycan heç kimə hücum etməyib. Sadəcə olaraq, BMT və ATƏT qətnamələrinə baxmayaraq, təxminən 30 il ərzində Ermənistan tərəfindən işğal olunmuş öz ərazilərini azad etdi.

Fransa Parlamentinin qəbul etdiyi qətnamə hakimiyyəti Dağlıq Qarabağı tanımağa doğru çağırır.