Requlyasyaların bir hissəsi aradan qaldırıldı
Requlyasyaların bir hissəsi aradan qaldırıldı

Gürcüstanda koronavirusun prevensiyası ilə bağlı məhdudiyyətlərin bir hissəsi aradan qaldırıldı.

Bu barədə bəyanatı Gürcüstanın baş naziri İrakli Ğaribaşvili koordinasiya şurasının iclası başa çatdıqdan sonra verdi.

• Dağ kurortlarında mehmanxanalar sabahdan açılacaq. Oradaki kanat yolları isə, martın 8-dən.

• Şəhərlərarası nəqliyyat bərpa olunacaq.

• Restoranların qapalı məkanları (şənbə-bazardan başqa) Batumidə martın 1-dən, bütün ölkə miqyasında isə, martın səkkizindən işləyəcək.

• Saat 21:00-dan hərəkat etmə məhdudiyyəti qüvvədə qalır.

• Konfranslar və treninqlər müvafiq protokolun qorunması ilə, martın 1-dən davam edəcək.

• İdman zalları müvafiq requlyasiyaların qorunması şərti ilə, martın 15-dən işləməyə davam edəcəklər.

• Uşaq bağçaları əməkdaşlarının icbari testləşdirilməsindən sonra, martın 1-dən fəaliyyətə davam edəcəklər.

• Ali məktəblər və peşə məktəbləri martın 15-dən fəaliyyətə davam edəcəklər.

• Muzeylər və kitabxanalar martın 1-dən işləyəcəklər.

• Teatrların, idman klublarının, professiyonal ansamblların və s. fəaliyyətləri martın 15-dən qismən, aprelin 1-dən isə, tam şəkildə bərpa olunacaq.

• Ticarət molları və bazarlar şənbə-bazar daxil olmaqala adi rejimlə, fəaliyyətə martın 8-dən davam edəcəklər.