Rati Yonatamişvili - izolasiyada olan şəxslər üçün seçkilərdə iştirak hüququ müdafiə olunacaqdır
Rati Yonatamişvili - izolasiyada olan şəxslər üçün seçkilərdə iştirak hüququ müdafiə olunacaqdır

“Gürcü Arzusu” fraksiyasının sədri, Rati Yonatamişvilinin bəyan etdiyinə görə, izolasiyada olan şəxslər üçün seçkilərdə iştirak hüququ müdafiə olunacaqdır.

Bununla yanaşı, deputatın dediyinə görə, ümumiyyətlə seçki məntəqələrində təhlükəsiz mühit yaradılacaq.

Jurnalistlər ilə söhbəti zamanı Rati Yonatamişvili pandemiya şəraitində MSK tərəfindən işlənib hazırlanan tənzimləmələrə əks səda verdi.

Deputatın dediyinə görə, MSK seçki protokolunun hazırlanması ilə bağlı, kifayət qədər məhsuldar iş gördü.

“Bu prosesə mütəxəssislər qoşulmuşdular və tənzimləmələr beynəlxalq təcrübəni nəzərə alaraq hazırlandı”, – Yonatamişvili bəyan etdi.