Ramilia Əliyeva -  Müvafiq orqanlardan ölkə üçün belə çətin  zamanda diskriminasiya  xarakterli  bəyanatların  nədən tirajlanması  ilə bağlı  istintaq  başlanmasını xahiş edirəm
Ramilia Əliyeva - Müvafiq orqanlardan ölkə üçün belə çətin zamanda diskriminasiya xarakterli bəyanatların nədən tirajlanması ilə bağlı istintaq başlanmasını xahiş edirəm

“Gürcüstanın adi bir vətəndaşı olaraq, müvafiq orqanlardan ölkə üçün belə çətin bir zamanda diskriminasiya xarakterli bəyanatların nədən tirajlanması ilə bağlı istintaq başlatmalarını xahiş edirəm” – bu barədə Gürcüstanın Birinci Kanalının, „Rəngarəng Gürcüstan“ layihəsinin rəhbəri Ramilia Əliyeva sosial şəbəkədə yazır.

„Marneulidə karantin elan olunmasından sonra, mütəmadi olaraq sosial şəbəkədə diskriminasiya və ksenofobiya tərkibli məlumat yayılır – gürcülər azərbaycanlılara zülm edir, gürcülər ölkədən azərbaycanlıları qovurlar və s. Gürcüstan azərbaycanlıları tərəfindən „Diskriminasiyaya yox“ kampaniyası, eyni mövzuda gürcülər tərəfindən „Biz, bizim azərbaycanlıları sevirik “ -adlı feysbuk çelenc başladılır.

Düşünürəm ki, bu kampaniyalara qoşulan hər iki tərəf bir növ kimlərinsə məqsədyönlü əməllərinin qurbanıdırlar. Bu səbəbdən, Gürcüstanın adi bir vətəndaşı olaraq, müvafiq qurumlardan məsələ ilə əlaqədar istintaq başlatmalarını xahiş edirəm. Ölkə və hər birimiz üçün belə çətin bir zamanda, bu cür diskriminasiya xarakterli bəyanatların nədən edilməsinə aydınlıq gətirsinlər, eləcə də gürcülər bizi qovurlar fikrinin niyə məhz indi tirajlanmasının səbəblərini araşdırsınlar. Bütün bunların arxasında duranların kim olduqlarının mənim üçün heç bir fərqi yoxdur, mənim üçün əsas olan diskriminasiya və xalqlar arasında düşmənçilik, münaqişə oyatmağa cəhd edənlərin qanun qarşısında cavab vermələridir“- deyə Ramilia Əliyeva feysbuk səhifəsində yazır və Gürcüstan hökuməti, eləcə də Gürcüstan Daxili İşlər Nazirliyinə müraciət edir.