Ramilə Əliyeva - Siyasi partiyalar gənclərin siyasətə maraqlarının yaranması üçün əsas yaratmırlar
Ramilə Əliyeva - Siyasi partiyalar gənclərin siyasətə maraqlarının yaranması üçün əsas yaratmırlar

Kvemo-Kartli və Samtsxe-Cavaxetidə, paytaxtdan daha fərqli vəziyyət var, çünki oradaki gənclər siyasi proseslərə daha fəal şəkildə qoşulurlar və bu çox yaxşıdır, – dedi “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri Ramilə Əliyeva Birinci Kanalın “Prezident seçkiləri 2018” verlişində.

“Gənclərin regionda daha fəal olmasını şərtləndirən də odur ki, Kvemo-Kartli və Samtsxe-Cavaxeti regionlarında əvvəlki illərdə azad fikir bildirmək asan deyildi. İndi isə, gənclərin azad şəkildə öz seçimlərini və fikirlərini bildirmək üçün imkanları var. Bunu sosiyal şəbəkələrdən və yerli özünü idarəetmə seçkilərinə baxaraq da görə bilərsiniz” – dedi Ramilə Əliyeva.

Ramilə Əliyevanın dediyinə görə, regiondaki gənclərin siyasi proseslərə diqqət yetirmələri müsbət faktordur, çünki onlar dövlətin gələcəyinin yaradılması prosesinə qoşulurlar.

“Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri onu da qeyd etdi ki, 18-20 yaşındaki insandan məhz siyasi proseslərə qoşulmağı tələb etmək də doğru deyil, çunki günümüzdəki gənclərin bir çox imkanları və müxtəlif maraq sahələri var. Onların məlumat almaq mənbələri hədsizdir və 20-30 il bundan əvvəlki gənclər kimi ola bilməzlər.

“Birdə ki, siyasi liderlər bilməlidirlər ki, partiya yaradılan zaman bütün siyasi proseslər bir nəfərin, yəni partiya liderinin ətrafında dolanmamalıdır. Çünki fərqli fikir və ideologiyalar olmayanda, gənclər partiyalarda öz yerini tapa bilmirlər.

Gənclərimiz başqa sahələrdə çox fəaldırlar. Beynəlxalq konfranslarda iştirak edirlər və bir çox maraqlı layihələrdə iştirak edirlər, ancaq siyasətə maraq azalır, çünki siyasi partiyalar onlarda maraq yaratmaq üçün əsas yarada bilmirlər” – dedi Ramilə Əliyeva.