İrakli  Chikovani-məhdudiyyətlər daha da sərtləşdiriləcək, lakin bu fövqaladə vəziyyət deyil
İrakli Chikovani-məhdudiyyətlər daha da sərtləşdiriləcək, lakin bu fövqaladə vəziyyət deyil
Təəssüflər olsun ki, biz virusun yayılması fazasındayıq, bu isə koronavirusa yoluxanların sayının artacağı deməkdir – bu barədə baş nazirin müşaviri, İrakli Chikovani bildirib.
“Biz və tibb sektoru əlimizdən gələnin maksimumunu edirik ki, bu tədbirlər effektiv olsun, lakin mövcud təcrübə , Gürcüstanda bu xəstəliyə yoluxanların sayının artacağını göstərir.
Bildiyiniz üzrə, bir neçə həftədir ki, hökumət tərəfindən verilmiş qərar və görülən tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən , eləcə də bu sahədə fəaliyyət göstərən müxtəlif təşkilatlar tərəfindən müsbət qiymətləndirilmişdi. Lakin təəssüflər olsun ki, vətəndaşlarımızın bu cür qərarlara tabe olmaması faktları da müşahidə olunur ,bu isə hər birimiz üçün təhlükə yaradır.
İstifadə olunan və bizim üçün zəruri olan bütün məhdudiyyətlərə tabe olmalıyıq,evdə qalmalı və insanlar ilə təmasdan çəkinməliyik ki, koronavirusu dəf edə bilək“-deyə Chikovani bildirib.
Onun sözlərinə görə,məhdudiyyətlər daha da sərtləşdiriləcək,lakin bu fövqaladə vəziyyət demək deyil.
“Bu gün Koordinasiya Şurasının iclasında ölkəmizdə götürülən ölçülərin daha da sərtləşdirilməsi ilə bağlı qərar qəbul olundu. Hər bir nazirliyə və dövlət qurumuna öz sahələrinə müvafiq olaraq, günün sonunadək mümkün məhdudiyyətlər ilə bağlı məlumat təqdim etmələrinə dair tapşırıq verildi.
Lakin burdaca xüsusilə qeyd etmək istəyirəm ki, biz fövqaladə vəziyyət barədə danışmırıq,bu profilaktik tədbirlərə yönəldilmiş fövqaladə vəziyyət fazasıdır ki, bu da öz növbəsində məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutur”-deyə Chikovani bildirib.
Hökumət Administrasiyasından koronavirus ilə bağlı brifinqləri ümumi siqnala malik televiziyalar üçün Gürcüstanın Birinci Kanalı təmin edəcək.
Müəllif – Sevinc Mustafayeva