Qudauri-Kobi hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır
Qudauri-Kobi hissəsində yedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır

Avtomobil Yolları Departamentinin məlumatına görə, qara və aşağı temperatura görə, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi (Rusiya Federasiyası) avtomobil yolunun Qudauri(Posta) -Kobi hissəsində yedəkli və yarımyedəkli avtonəqliyyat vasitəsinin hərəkəti qadağandır, başqa növ avtonəqliyyat vasitəsi üçün hərəkət isə azaddır.

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, Qudauri(Posta) -Kobi hissəsində avtonəqliyyat vasitəsinin hərəkəti dayanmadan hərəkət etmə rejimində, yalnız tunellərin istifadəsi ilə həyata keçiriləcək.

Yolun başqa hissələrində avtonəqiyyatın hərəkəti azaddır.

Şərh yaz