Qori munisipalitetinin Axaldaba kəndində qətl baş verdi
Qori munisipalitetinin Axaldaba kəndində qətl baş verdi

Qori munisipalitetinin Axaldaba kəndində qətl baş verdi. Odlu silahla 50 yaşına qədər kişi qətlə yetirilib. Hadisə bu gün səhər baş verdi.

Hadisə yerində hazırda ekspert-kriminalistlər işləyirlər.

Qətlə yetirilənin yaxınlarının bəyan etdiyinə görə, qətlin motivi qisasdır.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, fakt üzrə istintaqa Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə başlanıldı.