Qoça Lortkipanidze Haaqa Məhkəməsində and içdi (video)

Haaqanın Beynəlxalq Cinayət Məhkəməsində yeni seçilmiş hakimlərin andiçmə mərasimi keçirildi. Altı yeni seçilmiş hakimlə birlikdə, Gürcüstan Ədliyyə naziri, Qoça Lortkipanidze də hakim andını içdi.

Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Haaqa Məhkəməsinin hakimləri vəzifələrinin icrasına az sonra başlayacaqlar.

“Qoça Lortkipanidze Haaqanın Beynəlxalq Cinayət Məhkəməsinə seçilən ilk gürcü hakimidir. Haaqada nümayəndəmiz bu günə qədər olmayıb. Qoça Lortkipanodzenin namizədliyini 76 deleqat dəstəklədi. Onu doqquz illiyinə seçdilər.

Haaqa Məhkəməsində hakim vəzifəsinin icrasına qədər, Qoça Lortkipanidze işini Gürcüstan Ədliyyə naziri vəzifəsində davam etdirəcək”, – Gürcüstan Ədliyyə Nazirliyinin məlumatında deyilir.