Qoqa Xaindrava bəyan edir ki, 15 maya qədər Parlamentə ən azından daha üç partiya daxil olacaq
Qoqa Xaindrava bəyan edir ki, 15 maya qədər Parlamentə ən azından daha üç partiya daxil olacaq

Kinorejissor Qoqa Xaindrava müxalifət tərəfindən 15 mayda Rustaveli prospektində planlaşdırlmış etiraz aksiyasına əks səda verir.

Onun dəyərləndirməsinə görə, 15 may aksiyası başqa aksiyalardan fərqli olmayacaq.

Bununla yanaşı, onun dəyərləndirməsinə görə, 15 maya qədər Parlamentə ən azından daha üç partiya daxil olacaq.

“15 may aksiyası apreldə, fevralda, yanvarda, dekabrda olan başqa aksiyalardan fərqli olmayacaq. Onların nəticələrini gördük. Hamı birgə dururdu, indi dağıldılar. 15 maya qədər Parlamentə ən azından daha üç partiya daxil olacaq. Xalqın gəlməsini nə şərtləndirəcək, nəsə planmı tanış etdilər, nəsə gələcəkmi göstərdilər, yoxsa nəsə vədmi verdilər? Xalq nəyə görə gəlməlidi, dünən gəlmirdisə, 15 mayda niyə gələcək, isti olacaq ona görəmi? Nəyə görə gəlməlidilər, orada nə dinləyəcəklər? Bu müxalifətin rəmzlərindən biri parlament qarşısında olan boş çadırlardır, hansı da Gürcüstan paytaxtının mərkəzi küçəsində antisanitariya yuvasına çevrilib”, – Xaindrava bəyan etdi.