Qldanidə bankın soyulması və girovların götürülməsi ittihamı ilə iki nəfəri yaxaladılar (video)

Daxili İşlər Nazirliyi Qaldanidə “Gürcüstan Bankına” hücumu faktının üstünü açdı. Bu barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentinin direktoru müavini, Mamuka Çelidze idarədə keçirilən brifinqdə bəyan etdi.

“Daxili İşlər Nazirliyi 2019-cu il martın 8-də Qaldanidə “Gürcüstan Bankına” hücumu faktının üstünü açdı.

Soyğunçuluq, polisə hücum, odlu silahın qanunsuz əldə etmə-saxlama-gəzdirmə və girovun götürülməsi ittiham ilə iki nəfər yaxalanıb – 1989-cu il təvəllüdlü N.K. və 1998-ci il təvəllüdlü K.Q., cinayət 7-dən 10 ilə qədər azadlıqda məhrum edilməni bəzərdə tutur.

İstintaqla müəyyən olundu ki, silahlı və maskalı şəxslər Qldanidə “Gürcüstan Bankına” soxuldular və pul tələb etdilər. Bankın əməkdaşları həyəcan siqnalı ilə mühafizə polisini çağırdılar. Bank filialına gedən mühafizə polisinə hücumçular atəş açdılar. Xəsarət alan olmayıb.

Müttəhimlər, bankın filialın hücuma qədər iki vətəndaşı girov götürdülər və maşınını əlindən aldılar. Lakin məcbur olaraq onları azad edərək maşınla hadisə yerdindən gizləndilər.

Bütün müvafiq ekspertiza təyin edilib və istintaq tədbirləri davam edir.

Cinayətdə iştirak edən üçüncü şəxsin kimliyi müyyən edilib və onun yaxalanması üçün intensiv operativ-axtarış tədbirləri görülür”, – Mamuka Çelidze bəyan etdi.