Qiqi Uqulava - Ğaribaşvilinin iştirakı danışıqlar nəticələrinə ziyan verir, "Gürcü Arzusunu" danışıqlar raundlarında başqa liderlərin təmsil olunmasına çağırıram
Qiqi Uqulava - Ğaribaşvilinin iştirakı danışıqlar nəticələrinə ziyan verir, "Gürcü Arzusunu" danışıqlar raundlarında başqa liderlərin təmsil olunmasına çağırıram

“Gürcü Arzusuna” imkan verməyəcəyik ki, hansısa uydurulmuş səbəblə böhranı həll edəcək danışıqları pozsun, çünki biz Şarl Mişelin altı müddəalı planını hakimiyyətin sülh yolu ilə dəyişməsi planı kimi müzakirə edirik, – bu barədə “Avropa Gürcüstanı” partiyasının lideri, Qiqi Uqulava “Leyboristlər Partiyası” ofisində keçirilən müxalifətin görüşünün başa çatmasından sonra jurnalistlərə bəyan etdi.

Bununla yanaşı Qiqi uqulava “Gürcü Arzusunu” danışıqlar raundlarında başqa liderlərin təmsil olunmasına çağırır.

“Biz hesab edirik ki, şəxsən Ğaribaşvilinin iştirakı danışıqlar nəticələrinə ziyan verir və vəziyyəti bəhranın aradan qaldılmasına doğru aparmayacaq. Əksinə. Buna görə, “Gürcü Arzusunu” təxribatlardan tərəddüd etməyə və danışıqlar raundlarında başqa liderlərin təmsil olunmasına çağırıram. Lakin eyni zamanda “Gürcü Arzusuna” imkan verməyəcəyik ki, hansısa uydurulmuş səbəblə böhranı həll edəcək danışıqları pozsun, çünki biz Şarl Mişelin altı müddəalı planını hakimiyyətin sülh yolu ilə dəyişməsi planı kimi müzakirə edirik. Buna görə, istınilən təqdirdə “Gürcü Arzusuna” danışıqların pozulmasına imkan verməyəcəyik “, – Uqulava bəyan etdi.