Qiqa Bokeriya - bu qeyri-bərabər mübarizədə partiya maliyyələşdirməsi ilə bağlı bütün resurslardan istifadə edəcəyik
Qiqa Bokeriya - bu qeyri-bərabər mübarizədə partiya maliyyələşdirməsi ilə bağlı bütün resurslardan istifadə edəcəyik

Bu qeyri-bərabər mübarizədə partiya maliyyələşdirməsi ilə bağlı bütün resurslardan istifadə edəcəyik. Təbiidir ki, Parlament maliyyələşdirilməsinin komponentini istifadə etməyəcəyik və edə bilməyəcəyik, çünki Parlament fəaliyyətində iştirak etmirik, lakin siyasi həyatdan getməyi planlaşdırmırıq, – bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü, Qiqa Bokeriya partiyaların maliyyələşdirilməsi ilə bağlı bəyan etdi.

Onun dediyinə görə, müxalifət maliyyələşdirmə baxımından, ona düşəndən az alır.

“Mən fərqli fikri olan hər kəsə hörmət edirəm. Əgər Kobaxidze və İvanişvili rejimi bu hədəni yerinə yetirmək istəyirsə, özləri etsinlər, biz deyil, bu şəraitdə özləri addım atsınlar ki, sisyasi mövqe üzündən oyun qaydalarınıı dəyişirlər. Əslində, qayda-qanunla bizə artıq düşürdü və az alırıq. Təbiidir ki, bu resursları ofislər üçü alırıq, liderlə üçün deyil”, – Bokeriya bəyan etdi.

Büdcə maliyyələşdirilməsinin alınması məqsədilə, doqquz partiya Mərkəzi Seçki Komissiyasına müraciət dünən etdi, onlar arasında Parlamentə daxil olmaqdan imtina edən və boykot rejimində olan partiyalar da var.