Qazlar kəndində susuzluq və sosial problemlər

Saqareco rayonunun Qazlar kənd əhalisi kənd təsərrüfatı torpaqlarını artıq becərə bilmir. Rayon mərkəzindən 40 kilometr aralıqda yerləşən qəsəbədə içməli və suvarma suyu ilə bağlı problemlər kəskin şəkildədir, nəticədə yerli sakinlər məhsul yığa bilmirlər. Tüllər kəndində 300-dən çox ailə yaşayır, onların əksəriyyəti etnik azərbaycanlıdır. Yerli hakimiyyət orqanlarının çoxsaylı vədlərinə və tender elan edilməsinə baxmayaraq qəsəbədəki su problemi hələ də həll olunmayıb. Bu vaxta kimi, Yararsız içməli suyun gəldiyi köhnə içməli su sistemi də dəyişdirilməyib. Nəticədə kənd əhalisi içməli su ehtiyatını təmin etmək üçün bir neçə kilometrlik məsafəni qət etməli olur

Şərh yaz