Qazaxıstanda prezident seçkiləri prosesi zamanı etiraz aksiyaları keçirildi
Qazaxıstanda prezident seçkiləri prosesi zamanı etiraz aksiyaları keçirildi

Qazaxıstanda prezident seçkiləri prosesi zamanı etiraz aksiyaları keçirildi. Onlarca insan yaxalanıb. Bu barədə məlumatı BBC yayır.

Teleşirkətin məlumatına görə, Qazaxıstanda bir neçə şəhərdə sanksiyalaşdırılmamış aksiya keçirildi.

Rus mediasının məlumatına görə, Qazaxıstanın paytaxtı Nur-Sultanda mitinqdə cəmi 700 nəfər iştirak edirdi.

Qazaxıstanın Daxili İşlər Nazirliyinin bəyan etdiyinə görə, yalnız Nur-Sultanda və Alma-Atada təxminən 100 nəfər yaxalanıb. Ölkədə internet əngəllərlə işləyir.

Ölkədə növbədənkənar seçkilər, təxminən 30 illik idarəilikdən sonra, Nursultan Nazarbayevin öz arzusu ilə istefa verməsindən sonra təyin edildi.