Qardabanidə narkocinayətə görə xarici ölkənin vətəndaşını yaxaladılar
Qardabanidə narkocinayətə görə xarici ölkənin vətəndaşını yaxaladılar

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisinin əməkdaşları, aparılmış operativ-istintaq tədbirləri nəticəsində, 1982-ci il təvəllüdlü, xarici ölkə vətəndaşı olan E.A.-nı, xüsusi ilə böyük miqdarda narkotik vasitəsinin qanunsuz əldə edilməsi-saxlanılması ittihamı ilə, Qardabani munisipalitetində yaxaladılar.

“Hüquqmühafizəçilər ittiham olunanın üst-başını yoxlayarkən üzərindən “buprenorfin” tərkibli “suboteks” narkotik vasitəsinin 220 həbini dəlil kimi götürdülər”, – DİN-də bəyan edirlər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin “a” bəndi ilə aparılır. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.