Qardabani munisipalitetinin Qaratəhlə kəndində gənc oğlana odlu silahla xəsarət yetirilib
Qardabani munisipalitetinin Qaratəhlə kəndində gənc oğlana odlu silahla xəsarət yetirilib

 
Qardabani munisipalitetinin Qaratəhlə kəndində atışma baş verib. Hələlik kimliyi bilinməyən şəxslər avtomobildə əyləşən kənd sakininə atəş açıblar, daha sonra da hadisə yerindən qaçıblar.

Yaralı Rustavi Mərkəzi Xəstəxanasına çatdırılıb. O, artıq əməliyyat olunub.

Xəstəxananın baş həkimi Davit Qoqodzenin də bildirdiyi kimi, gəncin vəziyyəti kritik-ağırdır.

Hadisə yerində hüquq-mühafizə orqanlarının işçiləri işləyirlər. Hücumun motivi bilinmir.