Qara Dənizdə, Türkiyə sahili yaxınlığında rus yük gəmisi batdı
Qara Dənizdə, Türkiyə sahili yaxınlığında rus yük gəmisi batdı

Qara Dənizdə, Türkiyə sahili yaxınlığında rus yük gəmisi batdı. Bu barədə məlumatı rus və türk mediası yayır. Elə onların məlumatına görə, ekipajın üç üzvü xilas edilib.

Hadisə Bartin vilayətində, İnkumu rayonunun sahilində baş verdi. Vilayətin qubernatorunun dediyinə görə, ekipaj 15 üzvdən ibarət idi və onların xilas edilməsi üçün axtarış-xilasedici əməliyyat aparılır.

Qubernatorun məlumatına görə, xilasedici qayıqlarının batması və ölənlər barəsində məlumat yayılmır. Xilasedicilərin işini isə, əlverişsiz hava çətinləşdirir.