Qara Dəniz sahili zolağında 3-dən 4 bala qədər fırtına var - üzmək qadağandır
Qara Dəniz sahili zolağında 3-dən 4 bala qədər fırtına var - üzmək qadağandır

Qara Dəniz sahili zolağında, Acara, Quriya və Sameqrelo ərazisində 3-dən 4 bala qədər fırtına var.

DİN-in Fövqəladə Hallar İdarəsi Xidmətinin məlumatına görə, qırmızı bayrqlar sərgilənib və xilasedicilər istirahət edənlərə xəbərdarlıq verirlər ki, suya girməsinlər.

İdarənin məlumatına görə, ağ bayraqlar sərgiləndikdən sonra, suya girmək mümkün olacaq.