Qar uçqunu təhlükəsinə görə, Qudauri-Kobi hissəsində avtonəqliyyatın hərəkəti qadağan edildi
Qar uçqunu təhlükəsinə görə, Qudauri-Kobi hissəsində avtonəqliyyatın hərəkəti qadağan edildi

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi (Rusiya Federasiyası sərhədi) yolunun Qudauri(Posta)-Kobi hissəsində temperaturun artmasına görə, qar uçqunu təhlükəsi mövcuddur. Buna görə, bütün növ avtonəqliyyat vasitəsi üçün hərəkət qadağan edildi.

Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, yolun başqa hissələrində avtonəqiyyatın hərəkəti azaddır.