Qar uçqunu təhlükəsinə görə, Qudauri-Kobi hissəsində avtonəqliyyatın hərəkəti qadağan edildi
Qar uçqunu təhlükəsinə görə, Qudauri-Kobi hissəsində avtonəqliyyatın hərəkəti qadağan edildi

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Msxeta-Stepansminda-Larsi yolunun Qudauri(Posta)-Kobi hissəsində çoxlu qara görə, qar uçqunu təhlükəsi mövcuddur. Buna görə, bütün növ avtonəqliyyat vasitəsi üçün hərəkət qadağan edildi.

Məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

İdarənin məlumatına görə, yolun başqa hissələrində avtonəqiyyatın hərəkəti azaddır.