Putinlə Ərdoğanın görüşü başladı
Putinlə Ərdoğanın görüşü başladı

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında kiçik tərkibdə görüş başlayıb.

Bu görüşdən sonra liderlər geniş tərkibdə görüş keçirəcək, daha sonra mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşdə qeyd edib ki, Rusiya və Türkiyənin münasibətləri “hər dəqiqə” inkişaf edir.