Proporsiyonal seçki sisteminə keçiş haqqında konstitusiya dəyişikliklərini parlament səs verməyə sabah çıxardacaq
Proporsiyonal seçki sisteminə keçiş haqqında konstitusiya dəyişikliklərini parlament səs verməyə sabah çıxardacaq

Proporsiyonal seçki sisteminə keçiş haqqında konstitusiya dəyişikliklərini parlament səs verməyə sabah çıxardacaq.

Bu barədə məlumatı parlamentin sədri Arçil Talakvadze verdi.

Deputatlar səs vermənin sabaha təxirə salınmasını dəstəklədilər.

Ona qədər isə, spikeratda parlamentin sədri Arçil Talakvadze, “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze, əksəriyyətin lideri Gia Volski və həmçinin, “Milli Hərəkat” fraksiyasının rəhbəri Roman Qotsiridze, vitse-spiker İrma İnaşvili və vitse-spiker Sergi Kapanadzenin iştirak etdikləri iclas keçirildi.

Parlament əksəriyyəti tərəfindən hazırlanan dəyişikliklər 2020-ci ilin parlament seçkilərinin proporsiyonal sistemlə keçirilməsini nəzərdə tutur.