Prokurorluqda bəyan edirlər ki, Giorgi Mamaladzenin istintaq işininin materialları ictimailəşdirilməyəcək
Prokurorluqda bəyan edirlər ki, Giorgi Mamaladzenin istintaq işininin materialları ictimailəşdirilməyəcək

Prokurorluq Giorgi Mamaladzenin istintaq işinin materiallarının ictimaiyyətə bildirilməsi ilə bağlı patriarxlığın müraciətinə mənfi cavab verdi.

Baş prokurorluğun mətbuat xidmətindən Birinci Kanala verilən məlumata görə, istintaq materiaları ictimailəşdirilməyəcək.

Patriarxlığın mətbuat xidmətinin rəhbəri Andria Cağmaidze bugün keçirdiyi mətbuat konfransında bəyan etdi ki, kompetent orqanlar istisna olaraq, qeyd olunan işin materiallarını ictimailəşdirməlidir.

Patriarxlıqda bəyan edirlər ki, Giorgi Mamaladzenin və onun vəkilinin hərəkətləri ehtimala görə, kilsəyə qarşı istiqamətləndirilən kampaniyaya xidmət edir və bir tərəfdən əfv tələbi, digər tərəfdən isə, patriarxlığa qarşı  böhtan bəyanatlar verilir.