Prokurorluqda bəyan edirlər ki, Davit Qareci məsələsi ilə bağlı 60 nəfər dindirilib, onların arasında sabiq yüksək-rütbəlilər də var
Prokurorluqda bəyan edirlər ki, Davit Qareci məsələsi ilə bağlı 60 nəfər dindirilib, onların arasında sabiq yüksək-rütbəlilər də var

Prokurorluqda bəyan edirlər ki, Davit Qareci məsələsi ilə bağlı 60 nəfər dindirilib, onların arasında sabiq yüksək-rütbəlilər də var.

Prokurorluq tərəfindən keçirilən brifinqdə prokuror Carci Tsiklauri bəyan etdi ki, istintaq məsələnin təfərrüatlarını öyrənməyə davam edir.

“Bir aydır ki, intensiv şəkildə istintaq aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə məlumat veriləcək. Konkret şəxslərə qarşı ittihamlara gəlincə isə, proqnozlar üçün hələ tezdir, çünki istintaq davam edən bir prosesdir. Məsələ ilə bağlı sabiq yüksək-rütbəli şəxslər sorğulanıblar. Tam olaraq, 60 nəfər dindirirlib” – dedi Carci Tsiklauri.

Gürcüstan prokurorluğu Gürcüstan ərazilərinin bir hissəsinin xarici ölkəyə verilməsi ilə bağlı hərəkətlərin həyata keçirilməsi ilə bağlı istintaq başladıb.

Bununla yanaşı, prokurorluq məlumat yayıb ki, Gürcüstanın Xarici İşlər Nazirliyinin qonşu ölkələr departamentinin sərhəd əlaqələri xidmətinin rəhbəri İveli Melaşvili və Gürcüstanın Daxili İşlər Nazirliyinin sərhəd polisinin quru sərhəd müdafiyəsi departamentinin baş inspektoru Natalya İliçova həbs olunublar.

“Keçirilən ekspertiza nəticəsində məlum oldu ki, Gürcüstan və Azərbaycan arasında 2007-il daxil olmaqa dövrdə, razılaşılan sərhəd hissələri 1937-1938-ci illərdə buraxılan 1:200 000 miqyaslı topoqrafik xəritədə göstərilən Gürcüstan sərhəd xətti ilə uyğun deyil.

Fərq Gürcüstanın əleyhinə 3500 hektara qədər əraziyi əhatə edir.

Müvafiq olaraq, da ittiham edilən şəxslərin yanlış qərarlarına görə,  Gürcüstana aid olan tarixi abidə təhlükə altındadır” – deyilir prokurorluğun bəyanatında.