Prokurorluq TBC Bank işinin qrif altında olduğunu yalanlayır və bəyan edir ki, dünənki brifinqdə, istintaqla bağlı bəzi detallar açıqlandı
Prokurorluq TBC Bank işinin qrif altında olduğunu yalanlayır və bəyan edir ki, dünənki brifinqdə, istintaqla bağlı bəzi detallar açıqlandı

Gürcüstan prokurorluğunda Mamuka Xazaradze və Badri Caparidzenin vəkili Zviad Kordzadzeyə cavab verir.

Prokurorluğun məlumatına görə, banka borcu olan şirkətə qeyri-qanuni şəkildə yeni borc verildi.

Bununla yanaşı, TBC Bank dəfələrlə kreditin zəmanəti olan daşınmaz əmlakı ipotekadan azad etdi.

Bank tərəfindən edilən qeyri-qanuni hərəkətlərlə bağlı brifinq prokurorluqda dünən keçirildi.

Xatırladaq ki, TBC Bankın sabiq rəhbərləri və təsisçiləri olan Mamuka Xazaradzenin və Badri Caparidzenin vəkili Zviad Kordzadze bəyan etdi ki, TBC Bankın istintaq işi prokurorluqda qrif altında gizli saxlanır.