Prokurorluq - Nikanor Melia istintaq orqanına getməkdən imtina edir
Prokurorluq - Nikanor Melia istintaq orqanına getməkdən imtina edir

Parlamentar Nikanor Meliaya qarşı irəli sürülən iddihamnaməyi prokurorluq, onun maraqlarını qoruyan vəkilinə təqdim etdi.

Prokurorluğun bəyanatına görə, Nika Melianın istintaq orqanına getmək öhdəliyi olduğu halda, o prokurorluğa getməkdən imtina edir.

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Nikanor Melia ilə bağlı ittihamnamə dünən irəli sürüldü.

Dünən keçirilən brifinqdə, baş prokurorluq tərəfindən bəyan edildi ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamenti 2019-cu ilin 20-21 iyun tarixində, parlamentin qabağında keçirilən aksiyada, qrup zorakılığının təşkili və onda iştirak etmək faktı ilə bağlı, cinayət məcəlləsinin 225-ci maddəsi ilə istintaq aparır.

Qeyd olunan istintaq çərçivəsində, zorakılıq edərək, polisə daşlar ataraq, hücüm edən şəxslərin identifikasiyası həyata keçirilir və onlardan birinin “Milli Hərəkat”-ın üzvü Nikanor Melianın olduğu aşkarlandı.