Prokurorluq nəticədə qadının həlak olması baş verən atəşin açılmasına görə polis işçisini yaxaladı
Prokurorluq nəticədə qadının həlak olması baş verən atəşin açılmasına görə polis işçisini yaxaladı

Tbilisi Prokurorluğu istintaq hissəsinin işçiləri, Gürcüstan Daxili İşlər Nazirliyi ilə birgə aparılan istintaq tədbirləri nəticəsində, T.A.-nın ehtiyatsızlıqdan həyatının məhv edilməsi faktı üzrə müttəhim şəklində Gürcüstan Daaxili İşlər Nazirliyinin əməkdaşını, S.Q.-nı yaxaladılar.

“İş üzrə aparılan istintaqla müəyyən olunur ki, sərhoş vəziyyətdə olan S.Q. öz yaşayış evinin eyvanından odlu silahdan istiqamətsiz atəş açdı. Atılan qüllə həndəvər korpusda yaşayan T.A.-nın baş nahiyyəsindən dəydi. Nəticədə qadın həlak oldu.

İş üzrə hadisə yerinin və ittiham olunanın yaşayış evinin yoxlanılması baş verdi”, – Prokuroluqda bəyan edirlər.

İstintaq idarəsinin məlumatına görə, ittiham olunanın yaşayış evinin yoxlanılması nəticəsində odlu silah aşkar edildi.

Elə onların məlumatına əsasən, S.Q. müqəssir qismində Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə yaxalanıb. Maddə ehtiyatsızlıqdan həyatın məhv edilməsini nəzərdə tutur.

Fakt dünən axşam, Vaja Pşavela prospektində baş verdi.