Prokurorluq - Mirza Subeliani ilə bağlı lent yazısı barəsində, şəxsi həyatı kadrlarının yayılması ilə hədələdikləri, penitensial xidməti əməkdaşının bəyanatı əsasında istintaqa başlanıldı
Prokurorluq - Mirza Subeliani ilə bağlı lent yazısı barəsində, şəxsi həyatı kadrlarının yayılması ilə hədələdikləri, penitensial xidməti əməkdaşının bəyanatı əsasında istintaqa başlanıldı

Mirza Subeliani ilə bağlı lent yazısı barəsində penitensial xidməti əməkdaşının, İ.P.-nın bəyanatı əsasında istintaqa başlanıldı. Ona da əsasən, cari ilin oktyabrın 12-də, şəxsi həyatı kadrlarının yayılması hədəsi ilə şantaj və təziq göstərildi, – bu barədə Baş Prokurorluqda xüsusi bəyanat verildi.

Birinci Kanal prokurorluğun bəyanatını təqdim edir.

“Gürcüstanın Baş Prokurorluğu bir daha açıqlayır ki, səsləri güman edildiyinə görə M.S., V.C. və D.S.-nın olduğu lent yazısı üzrə istintaqa, lent yazıısının media vasitələrinin birində efirə çıxana qədər, 2018-ci ilin oktyabrın 12-də başlanıldı.

İstintaq cari mərhələdə Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin birinci, 1571-ci maddəsinin birinci, 158-ci maddəsinin birinci və ikinci və 333-cü maddəsinin birinci hissəsi ilə aparılır.

Mirza Subeliani ilə bağlı lent yazısı barəsində, şəxsi həyatı kadrlarının yayılması ilə hədələdikləri, penitensial xidməti əməkdaşının, İ.P.-nın bəyanatı əsasında istintaqa başlanıldı: ondan məhbus M.S.-nın görüşlərinin gizli lent yazılarının yayılmasını tələb etdilər.

İstintaq çərçivəsində,  İ.P.-da bir neçə gizli lent yazısını, o cümlədən mediavasitəsində yayılan faylı əhatə edən yaddaş kartı götürüldü. Bütün fayllar üzərində müvafiq ekspertiza keçiriləcək.

Eyni zamanda istintaqın maraqlarından irəli gələrək, Prokurorluq istintaq prosesində əldə olunan audio yazılarını yaymır”, – Gürcüstanın Baş Prokurorluğunun bəyantında deyilir.