Prokurorluq Mamuka Xazaradzenin məhkəməyə təqdim etdiyi məktubu yayır
Prokurorluq Mamuka Xazaradzenin məhkəməyə təqdim etdiyi məktubu yayır

Baş Prokurorluq “TBC Bankın” təsisçisi Mamuka Xazaradze tərəfindən məhkəməyə təqdim edilən məktubu yayır.

Yayılan məktubda qarşıdakılar oxunur:

“Əmin olaraq bilirik ki, bizimlə mübariz aparırsınız və burada iş yalnız maliyyəyə aid deyil;

Biz dedik ki, danışıqlar üçün hazırıq, halbuki, siz tərəfinizdən destruktiv hərəkətlər davam edir.

Heç bir önşərt olmadan:

1. Ən yaxın 5 gün ərzində TV1, TV İmedi trendinə oturmalıdır; yayımın fövqəladə rejiminə keçməlidir (bunu redaksiya siyasətindən görməliyik).

2. M.X. rəsmi bəyanat yaymalıdır ki, onun üçün Milli Hərəkatən revanşı qəbuledilməzdir. Gürcü biznesi Milli Hərkatın onunla davrandığını yaxşı xatırlayır. O, biznesmenlərə müraciət etməlidir ki, kimində bənzər mövqeyi varsa, bvirləşsinlər və birgə hərəkət etsinlər (sonralar onun interpetasiyası mümkündür).

3. Arterayada obyektivliyin yüksəsk səviyyəsi nəzərə çarpmalıdır.

Bu təqdirdə biz, sağlam danışıqların aparılmasına hazırıq. Əks təqdirdə əlimizdə olan bütün hüquqi vasitələrdən istifadə edəcəyik”, – məktubda deyilir.

Qeyd olunan məktubu jurnalistlərə, Baş Prokurorluqda keçirilən brifinqdə təqdim etdilər.

“Bildiyiniz kimi, Gürcüstanın Baş Prokurorluğunda GCM-nin 194-cü maddəsinin 3-cü hissəsinin “q” bəndi ilə istintaq aparılır.

2019-cu ilin martın 4-də, Mamuka Xazaradze Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi.

Bundan sonra o, dindirilmə üçün Prokurorluğa çağırıldı. Lakin Xazaradze dindirilməyə rədd cavabı verdi. Buna görə, əlavə olaraq, şahid statusunda martın 5-də məhkəmədə dindirildi.

Dindirilmə zamanı Mamuka Xazaradze kompyuter printeri ilə çap olunmuş sənədi tədim etdi. Sədin orijinalını isə, xaricə ekspertizaya göndərdiyini bəyan etdi. O, bir neçə dəfə tələb olunduğuna baxmayaraq, hansı vasitəçidən aldığını bildirmədi.

Qeyd olunan mühiti nəzərə alaraq, istintaq hazırkı mərhələdə Xazaradze tərəfindən təqdim olunan məlumatı yoxlaya bilmir.

Yüksək ictimai maraqdan irəli gələrək Baş Prokurorluq Mamuka Xazaradzenin məhkəməyə təqdim etdiyi məktubu yayır” – Prokurorluğun bəyanatında deyilir.