Prokurorluq David Qareci işi üzrə daha bir gizli yazını yayır, burada Nataliya İliçova danışır - irəlcədən bilsəm, kompüteri evdən çıxarardım

Gürcüstan Prokurorluğu David Qareci işi üzrə daha bir gizli audio yazını yayır. Burada Nataliya İliçova güman edildiyinə görə, telefonla danışır.

Audio yazıda İliçova kişi ilə danışır. Kimliyi məlum deyil. Yazıda İliçova deyir ki, irəlcədən bilsəydi, kompüteri evdən çıxarardı.

Prokurorluğun məlumatımna görə, qeyd olunan yazı hakimin məhkəmə qərarı əsasında hazırlanıb.

Gürcüstanın Birinci Kanalı yayılan yazının dialoqunu təqdim edir.

“Nataliya İliçova – mən ki, irəlcədən bilsəydim, ev kompüterini evdən çıxarardım, mən bunu edə bilərdim ki?

Kişi – demə, hündürdən onu demə, olmaz;

Nataliya İliçova – orada çoxlu arxiv materialı var idi, çoxlu;

Kişi – orada ele bir şey varmı, bilmirəm, kimsə görüb?;

Nataliya İliçova – orada düşüncələrdir, orada fikirlərdir;

Kişi – kimin düşüncələri, fikirləri?”

Gürcüstan Baş Prokurorluğu David Qareci işi üzr gizli video və audio material yaydı. İdarədə keçirilən brifinqdə prokuror, Amiran Quluaşvilinin bəyan etdiyinə görə, Prokurorluq İveri melaşvili və Nataliya İliçovanın ittihamı işi zrə istintaqı başa çatdırdı və iş müzakirə üçün Şəhər Məhkəməsinə verildiprok