Prokurorluq aksiya iştirakçılarına qarşı hüquqmühafizəçilər tərəfindən səlahiyyətinin aşması faktı üzrə istintaqa başladı
Prokurorluq aksiya iştirakçılarına qarşı hüquqmühafizəçilər tərəfindən səlahiyyətinin aşması faktı üzrə istintaqa başladı

İyunun 20-21-də, Rustaveli prospektində, Parlament binası qarşısında keçirilən aksiya zamanı aksiya iştirakçılarına qarşı hüquqmühafizəçilər tərəfindən səlahiyyətinin aşması faktı üzrə Gürcüstanın Baş Prokurorluğu GCM-nin 333-cü maddəsinin 3-cü hissəsnin “b” müddəası ilə istintaqa başladı, – bu barədə prokuror Koka Katsitadze brifinqdə bəyan etdi.

Elə onun dediyinə görə, iş üzrə lazımi olan bütün istintaq və prosesual tıdbirləri görülür.

Prokurorluq vətəndaşlara müraciət edir ki, onlarda olan istənilən dəlilləri Prokurorluğa çatdırsınlar.

Koka Katsitadzenin dediyinə görə, maksimal şəffaflığın təmin olunması məqsədi ilə, Baş prokurorluq hazırlığını bildirir ki, prosesə Gürcüstan Xalq Müdafiəçisi qoşulsun.