Prokuror - Britaniyalı həmkarlarımıza biz müraciət etməmişik, əksinə, onlar bizə Xazaradze-Caparidzenin maliyyə aktivləri haqqında məlumat verdilər
Prokuror - Britaniyalı həmkarlarımıza biz müraciət etməmişik, əksinə, onlar bizə Xazaradze-Caparidzenin maliyyə aktivləri haqqında məlumat verdilər

Gürcüstanın baş prokurorluğundan bu gün “TBC Bankın” təsisçiləri olan Mamuka Xazaradze və Badri Caparidze tərəfindən verilən bəyanatlara cavab gəldi.

Prokuror Giorgi Mikavanın dediyinə görə, Gürcüstanın maliyyə monitorinq xidməti tərəfindən Britaniyalı həmkarlarına müraciət edilməyib, – əksinə, Britaniya tərəfi onlara ittiham olunan şəxslərin maliyyə aktivləri haqqında məlumat verdi.

“İri həcmdə pul yumaqla ittiham olunan Mamuka Xazaradze və Badri Caparidze artıq neçə dəfədir ki, tamamilə yanlış məlumatlar yayayarq, ictimaiyyəti səhvə salmağa çalışırlar. Onların bəhs etdikləri komunikasiya Britaniya tərəfinin təşəbbüsü ilə oldu və əmin olun ki, bu ölkədə elə bir inkişaf etmiş standart var ki, nəyin kriminal və nəyin siyasi təzyiq olduğu asan şəkildə seçiləcək” – dedi prokuror.

Bununla yanaşı, Mamuka Xazaradze və Badri Caparidzenin hesablarında qanunsuz şəkildə yığılan vəsaitin ekvivalentinə gəlincə, prokurorluq hüquqi prosedur çərçivəsində, hərhansı alternativ imkanın müzakirəsinə hazırdır ki, Xazaradze və Caparidze ictimai və biznes işlərinə davam edə bilsinlər.