Prokuror bəyan edir ki, DNT ekspertizasına əsasən, cəsəd Tamar Baçaliaşviliyə məxsusdur
Prokuror bəyan edir ki, DNT ekspertizasına əsasən, cəsəd Tamar Baçaliaşviliyə məxsusdur

Vəfat etmiş Tamar Baçaliaşvilinin işi üzrə DNT ekspertizasının nəticəsi məlumdur. Prokuror, David Qumberidzenin bəyan etdiyinə görə, nəticəyə əsasən, aşkar edilən cəsəd Tamar Baçaliaşviliyə məxsusdur. Elə onun dediyinə görə, ailə bu gün DNT nəticəsi ilə tanış olacaq.

“DNT nəticəsi ilə bağlı, ailənin şübhələri istisna olundu. Müəyyən edildi ki, vəfat edən onların övladıdır”, – David Qumberidze bəyan etdi.

Elə onun dediyinə görə, iş ilə bağlı daha bir neçə ekspertizanın nəticəsi hazırdır.