Prezident və birinci xanım gürcü sumoçusu Levan Qorqadze-Toçinoşini prezident sarayında qəbul etdilər [Foto]
Prezident və birinci xanım gürcü sumoçusu Levan Qorqadze-Toçinoşini prezident sarayında qəbul etdilər [Foto]

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və Birinci Xanımı Maka Çiçua prezident sarayında gürcü sumoçusu Levan Qorqadze-Toçinoşini qonaq etdilər.

Prezident Toçinoşinə dünya arenasında Gürcüstanın adını ucaltdığına görə təşəkkür etdi və müvəffəqiyyətlər arzuladı.

Levan Qorqadze də öz növbəsində prezidentə cari ildə aldığı imperator kubokundan sonra, Gürcüstanda aldığı şərəf ordeninə görə təşəkkür etdi.