Prezident seçkilərində seçicilərin fəallığı 46,74 faizi təşkil etdi
Prezident seçkilərində seçicilərin fəallığı 46,74 faizi təşkil etdi

Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə, prezident seçkilərində seçicilərin fəallığı barəsində məlumatı saat 20:00 göstəriciləri ilə təqdim etdilər.

MSK-nın məlumatına görə, gün ərzində səsvermədə cəmi bir milyon 637 min 956 seçici iştirak etdi. Bu isə, ölkədə qeydiyyatdan keçən seçicilərin 46,74 faizidir.

Ən yüksək fəallıq, 64,74 faiz ilə Kedada, ən aşağı göstərici isə, 36,47 faiz ilə Maneulidə qeydə alındı.

Paytaxta gəldikdə isə, MSK-nın məlumatına görə, Tbilisidə fəallıq 45,4 faizi təşkil etdi.