Prezident Sarayında Gürcüstan dövlət bayrağının etalonu ucaldıldı
Prezident Sarayında Gürcüstan dövlət bayrağının etalonu ucaldıldı

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin təşəbbüsü ilə, Gürcüstanın dövlət bayrağı günü ilə əlaqədar, bu gün Gürcüstanın bir neçə bölgəsində bayrağın ucaldılması mərasimi keçiriləcək. Mərasimlərdə prezidentin özü də iştirak edəcək.

Gürcüstanın dövlət bayrağı gününün qeyd olunması Prezident Sarayından başladı.

Prezident Sarayında bayrağın ucaldılması mərasimində dövlət himnini “Şavnabada” ansamblı yerinə yetirdi.

Bayrağın ucaldılması mərasimi Kaxetidə, Ucarma qalasında da keçirildi. Bayrağı xilasedicilər ucaltdılar.

Mərəsimdı Gürcüstan prezidenti, İdarənin rəhbəri Giorgi Abaşişvili, Milli Təhlükəsizlik Şurasının katibi Davit Rakviaşvili, Parlament katibi Ana Natsvlişvili və Beynəlxalq Katib Tengiz Pxaladze iştirak edirdilər.

Prezidentin iştirakı ilə bayrağın ucaldılması mərasimi Mtsxetada da keçiriləcək.

Kutaisidə, qərbi Gürcüstanın Tibb Mərkəzinin həyətində bayrağı həkimlər ucaldacaqlar.

Senakidə isə, pedaqoqlar Abxaziyanın yeddinci məktəbinin hətətində ucaldacaqlar.