Prezident sarayında Giorgi Marqvelaşvili və Kaxi Kaxişvilinin görüşü keçirilir
Prezident sarayında Giorgi Marqvelaşvili və Kaxi Kaxişvilinin görüşü keçirilir

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və Əfv Komissiyasının üzvləri Cəzaicrası Naziri Kaxi Kaxişvili ilə görüş keçirirlər.

Prezident sarayında keçirilən görüşdə, məhbusların əfv edilməsi mexanizmləri ilə bağlı məsələlər müzakirə olunur.

Görüşdən öncə şərh verilməyib.

Əfv mexanizminin düzəldilməsinin zərurəti barədə söhbət, prezident tərəfindən əfv edilən sabiq məhbuslardan birinin Tbilisidə, Barnov küçəsində qız övladlığının boğazını kəsdiyindən sonra başladı. Ən önəmli isə odur ki, həmin şəxs daha öncə həbsə məhz ailə zorakılığına görə düşmüşdü.

Qeyd edilməlidir ki, Əfv Komisiyası qatil Vepxvia Baqradzenin əfv edilməsini tam altı dəfə rədd etmişdi.

Prezidentin verdiyi bəyanata görə, Vepxvia Bakradzenin əfv edilməsini onun ailə üzvləri tələb edirdilər, cəzaicrası idarəsi isə, ona müsbət xarakteristika vermişdi.

Bununla yanaşı, Əfv Komissiyası zorakılıq faktları ilə bağlı aktların müzakirəsini müvəqqəti olaraq, dayandırıb.

Əfv Komissiyasının fəaliyyəti və əfv mexanizmlərinin genişləndirilməsi ilə bağlı prezident administrasiyasında məsləhətləşmələr aparılır.