Prezident 83 məhbusu əfv etdi
Prezident 83 məhbusu əfv etdi

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili 83 məhbusu əfv etdi.

Bu barədə bugün keçirdiyi brifinqdə Əfv Komisiyasının rəhbəri Zviad Koridze bəyan etdi.

Onun dediyinə görə, 40 məhbus həbsxanadan bugün çıxacaq, 43-nün isə, cəza müddəti azaldılacaq.

Əfv edilənlər arasında üç qadın və bir bəlli olmayan müddətlə həbs edilən məhbus var. Müddətsiz məhbusun həbsdən çıxması üçün prezident konkret bir vaxt təyin etdi.

Əfv edilənlərin arasında 1 həddi-buluğa çatmayan məhbus var.

Şərh yaz