Prevensiya məqsədi ilə, parlamentin insan hüquqlarının qorunması komitəsi bir neçə tədbiri ləğv etdi
Prevensiya məqsədi ilə, parlamentin insan hüquqlarının qorunması komitəsi bir neçə tədbiri ləğv etdi

Koronavirusun prevensiyası məqsədi ilə, parlamentin insan hüquqlarının qorunması komitəsi bir neçə tədbiri ləğv etdi.

Bu haqda məlumatı komitənin sədri Sopo Kiladze sosiyal şəbəkədə yazıb.

“Bir neçə tədbiri ləğv etməli olduq, onların arasında merlər və Sakrebulo sədrləri ilə bərəbər uşaq məcəlləsinin müzakirəsi ilə bağlı planlanan tədbir də var idi. Hazırda prosesin onlayn məkana keçirilməsi üzərində işləyirik ki, məcəllənin hazırlanması üçün maneə yaradılmasın.

Fürsətdən istifadə edərək, koronavirusa qarşı mübarizə üçün 24 saat ərzində işləyən həkimlərə təşəkkür etmək istəyirəm. Yaxşı olardı ki, biznes sahəsi üzərinə sosiyal məsuliyyət götürsün və tibb-personalına maddi yardım göstərsin, çünki o həkimlər evlərinə gedə bilmirlər və evdə onları uşaqları və yaşlı valideynləri gözləyirlər” – yazıb Sopo Kiladze.