Poti Hospitalında koronavirus üzrə iki nəfərin analiz cavabını gözləyirlər
Poti Hospitalında koronavirus üzrə iki nəfərin analiz cavabını gözləyirlər

Poti Hospitalına şübhəli simptomlarla iki pasiyent yerləşdirilib. Hər ikisi Poti sakinidir.

Pasiyentlərdə qızdırma və başqa respirator simptomları qeydə alınır. Onlar bokslaşdırılmış palatada müalicə olunurlar.

“Klinikamızda Potidən olan 79 və 72 yaşlı kişilər yerləşdiriliblər. Hər iki pasiyentin boloji nümunəsi bu gün səhər “PCR” test üçün Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasına göndərildi. Hazırda onlar bokslaşdırılmış palatada müalicə olunurlar”, – Poti Hospitalının direktoru, Tea Miqineişvili bəyan etdi