Portuqaliya Xarici İşlər naziri - Portuqaliya dəyişməz olaraq Gürcüstanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasını dəstəkləyir
Portuqaliya Xarici İşlər naziri - Portuqaliya dəyişməz olaraq Gürcüstanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasını dəstəkləyir

Portuqaliya dəyişməz olaraq Gürcüstanın Avropa İttifaqı və NATO ilə inteqrasiyasını dəstəkləyir, – bu barədə Portuqaliya Xarici İşlər naziri, Auquştu Santuş Silva Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani ilə görüşü zamanı bəyan etdi.

Məlumatı Portuqaliyanın “Paiş Ao Minuto” nəşri yayır.

Görüş zamanı diplomat Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha ifadə etdi.

Portuqaliya mediasının yazdığına görə, danışıqlar zamanı tərəflər razılaşma imzaladılar ki, bu da Gürcüstan və Portuqaliya arasında turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Portuqaliya Gürcüstan ilə dairəvi miqrasiya sahəsində əməkdaşlığa hazırdır. Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, qeyd olunan məsələni Gürcüstan Xarici İşlər naziri və Portuqaliya Xarici İşlər naziri, David Zalkalianinin Lissabona səfəri zamanı müzalirə etdilər.