Poniçalada narkocinayətlə bağlı xüsusi əməliyyat aparılır
Poniçalada narkocinayətlə bağlı xüsusi əməliyyat aparılır

Daxili İşlər Nazirliyi Poniçalada xüsusi əməliyyat aparır. Məlumatı Gürcüstanın Birinci Kanalına idarənin mətbuat xidmətində təsdiq etdilər.

DİN-də həmçinin təsdiq edirlər ki, Poniçalada aparılan xüsusi əməliyyat narkocinayətlə bağlıdır.

Bununla yanaşı, məlumat yayılır ki, narkocinayətlə bağlı xüsusi əməliyyat Tbilisinin başqa məhəllələrində də aparılır.