Poniçala-Marneuli-Ququti yolunun13 kilometrlik məsafəsində reabilitasiya işləri aparılır
Poniçala-Marneuli-Ququti yolunun13 kilometrlik məsafəsində reabilitasiya işləri aparılır

Poniçala-Marneuli-Ququti avtomobil yolunun13 kilometrlik məsafəsində reabilitasiya işləri aparılır.

Avtomobil yolları departamentinin məlumatına görə, yolun qeyd olunan məsafəsi pis vəziyyətdə idə və təcili reabilitasiyaya ehtiyac var idi.

“Layihəyə müvafiq olaraq, yolun texniki parametrlərinin yaxşılaşdırılması, üç körpünün reabilitasiyası və yol təhlükəsizliyi üçün gərəkəkli olanq müvafiq avadanlığın qoyulması planlaşdırılıb.

Poniçala-Marneuli-Ququti avtomobil yolu, Bolnisidən keçərək, bu regionu Ermənistan ilə birləşdirir və həmin yolda tranzit nəqliyyatının normal funksiyası üçün onun təcili reabilitasiyası gərəkdir” – deyilir Avtomobil yolları departamentinin məlumatında.

Layihə dövlət büdcəsindən maliyyələşdirilir və onun dəyəri 13 399 999 laridir.

Reabilitasiya işləri ilin sonuna qədər başa çatacaq.